Super Liqa: “Fənərbaxça” öz meydanında xal itirib

Tarix: 25 Jan 2026 23:03

Türkiyə Super Liqasında XIX turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Qaziantepspor” doğma meydanda “Konyaspor”u qəbul edib.

Gərgin mübarizə şəraitində keçən görüşdə qalib müəyyənləşməyib - 1:1.

Lider “Qalatasaray”ı yaxından təqib edən “Fənərbaxça” isə ev oyununda xal itkisi ilə üzləşib. İstanbul təmsilçisi “Göztəpə” ilə qarşılaşmada 1:1 hesablı heç-heçəyə razılaşıb.

Türkiyə Super Liqası XIX tur 15:30. "Qaziantepspor" - "Konyaspor" - 1:1 18:00. "Antalyaspor" - "Gənclərbirliyi" - 2:1 18:00. "Rizəspor" - "Alanyaspor" - 1:1 21:00. "Fənərbaxça" - "Göztəpə" - 1:1

ApaSport

Xəbər Lenti