Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 26 Jan 2026 17:15
Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar 14 yanvar tarixində həmin ölkədə xəstəxanaya yerləşdirilib.
Bu barədə APA-ya ANAMA-dan bildirilib.
Məlumata görə, o, 18 yanvar tarixində Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib: "Həkimlərin səylərinə baxmayaraq əməkdaşın həyatını xilas etmək mümkün olmayıb və 25 yanvar tarixində vəfat edib. Məsələ ilə bağlı bir neçə gün öncə Malayziyaya ezam olunan ANAMA əməkdaşları Orxan Məhərrəmovun nəşinin ölkəmizə gətirilməsi üçün Malayziyadakı Səfirliyimizin dəstəyi və sözügedən təlimlərin təşkilatçıları ilə koordinasiya etməklə müvafiq tədbirlər həyata keçirirlər".
***
14.33
Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Orxan Məhərrəmov səhhətində yaranan problemlə əlaqədar vəfat edib.
APA xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
ANAMA Orxan Məhərrəmovun vəfatı ilə bağlı ailəsinə başsağlığı verib.
Selcan Zaurqızı ANAMA Orxan Məhərrəmov Kamboca humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlim