Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 27 Jan 2026 12:11
Baş prokuror İmişlidə vətəndaş qəbulu keçirəcək.
Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev fevralın 3-də, saat 10:00-da İmişli rayon prokurorluğunun inzibati binasında İmişli, Beyləqan, Füzuli, Saatlı, Sabirabad, Cəbrayıl və Xocavənd rayon sakinlərinin qəbulunu keçirəcək.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və İmişli rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Emin Şirvanzadə Baş prokuror Kamran Əliyev vətəndaş qəbulu İmişli