Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 29 Jan 2026 11:50
Sumqayıt Sənaye Parkında “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsi 2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında İqtisadı Zonaların İnkişafı Agentliyi tərəfindən rezident statusu alıb.
APA xəbər verir ki, bunu “Bakı Karton və Qutu Fabriki” MMC-nin rəhbəri Kamran Salmanlı bu gün müəssisəyə təşkil olunan media-turda deyib.
Qeyd olunub ki, müəssisə 2.7 hektar sahəni əhatə edir. Bildirilib ki, “Bakı Karton və Qutu Fabriki” MMC tərəfindən Parkın 3 hektara yaxın ərazisində karton və qutu taralarının istehsalı müəssisəsi qurulub. Türkiyə və Çin texnologiyalarından istifadə edilən müəssisədə il ərzində 55 milyon kvadratmetr karton və qutu tarası istehsal olunacaq.
Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. Müəssisənin investisiya dəyəri 20 milyon manatdır. Burada 64 daimi iş yeri yaradılıb. Sənaye parkının rezidentlərinə verilən bütün güzəştlərdən yararlanan müəssisə təqribən 1,3 milyon manat dəyərində vergi və gömrük azadolmasından faydalanıb.
Bildirilib ki, ABŞ-ın daha iki şirkəti ilə danışıqlara başlanıb nəticələr əldə olunub növbəti yaxın həftələr ərzində müqavilə imzalanacaq. Satış təmsilçiliyi ABŞ-dakı şirkətlərə veriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılışında iştirak edib.
Günay Elşən “Bakı Karton və Qutu Fabriki” MMC media-tur