ABŞ səfirliyi "Qarabağ"ı UEFA Çempionlar Liqasına yüksəlməsi münasibətilə təbrik edib

Tarix: 29 Jan 2026 15:47

ABŞ səfirliyi Qarabağ futbol klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

APA xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında təbrik mesajı ünvanlanıb.

"ABŞ Səfirliyi Qarabağ FK-nı UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə səmimi-qəlbdən təbrik edir. Bu, Azərbaycan futbolu tarixində ilk belə nailiyyətdir! Bu uğur, Avropanın ən mötəbər futbol sahnəsində nümayiş etdirilən əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın nəticəsi olan ardıcıl güclü çıxışların məntiqli yekunudur. ABŞ iyun ayında FIFA Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşarkən, idmanın insanları bir araya gətirmək, sərhədləri və mədəni fərqləri aşmaq kimi bənzərsiz gücünü bir daha xatırlayır. Dünyanın dörd bir yanında azarkeşlərə futbolun sevincini yaşadan daha çox unudulmaz anların olacağına inanırıq!",- səfirlik qeyd edib.

Toğrul Quluzadə ABŞ Qarabağ Azərbaycan təbrik səfirlik

Xəbər Lenti