ÇL: VIII turun ən yaxşı oyunçusu müəyyənləşib

Tarix: 29 Jan 2026 19:45

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin sonuncu - VIII turunun ən yaxşı oyunçusu müəyyənləşib.

Apapsort.az xəbər verir ki, bu ada "Benfika"da çıxış edən Andreas Şelderup layiq görülüb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Norveçli vinger azarkeşlər arasında keçirilən sorğuda "Liverpul"dan Aleksis Makallister, "Bayer"dən Malik Tillman və və "Çelsi"dən Joao Pedronu qabaqlayıb.

Qeyd edək ki, Andreas Şelderup "Benfika"nın "Real"ı 4:2 hesabı ilə məğlub etdiyi oyunda 2 qol vurub.

ApaSport

Xəbər Lenti