, 1 Mart, 2026
Tarix: 03 Feb 2026 13:40
Azərbaycan Yazıçılar Birliyinin XIV qurultayı 2027-ci ildə keçiriləcək.
Bu barədə APA-ya Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.
Onun sözlərinə görə, növbəti qurultay 2027-ci ilin yay-payız aylarında baş tutacaq:
“Əgər hazırlıq işlərini vaxtında yekunlaşdıra bilsək, ehtimal ki, qurultay yay aylarında keçiriləcək”.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin sonuncu qurultayı 2022-ci ildə keçirilib.
Xatırladaq ki, hazırkı sədr Xalq yazıçısı Anar son qurultayda növbəti dəfə namizədliyini irəli sürməyəcəyini bildirib.
İlkin Naib AYB qurultay Anar