Özəl tibb müəssisələri və stomatoloji klinikalarda yoxlama aparılıb, nöqsanlar aşkarlanıb

Tarix: 04 Feb 2026 13:49

2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 21 özəl tibb müəssisəsində yoxlama aparılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib.

Bildirilib ki, planlı 11, plandankənar 10 yoxlama aparılıb. Nəticədə 18 nöqsan faktı aşkar edilib.

Ən çox rast gəlinən nöqsanlara həkimlərin sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı (25 hal), lisenziya şərtləri üzrə müəyyən nöqsanlar (6 hal), tibb müəssisinin sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyətinə işçilərin buraxılması faktı (6 hal), sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı (4 hal), lisenziyadan kənar iş və fəaliyyət (2 hal) daxildir.

Həmçinin, yanvar ayı ərzində 6 stomatoloji klinikada yoxlama aparılıb.

Ən çox rast gəlinən nöqsanlar sırasına həkimlərdə sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı (6 hal), lisenziya şərtləri sualı üzrə müəyyən nöqsanlar (3 hal), lisenziyadan kənar iş və fəaliyyət (1 hal), tibb müəssisinin sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyətinə işçilərin buraxılması faktı (1 hal), sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı daxildir (1 hal).

Gülcahan İmanqızı AEM yoxlama Səhiyyə Nazirliyi nöqsanlar Analitik Ekspertiza Mərkəzi özəl tibb müəssisələri stomatoloji klinikalar

Xəbər Lenti