Məleykə Abbaszadə qəbul imtahanları ilə bağlı cinayət işi üzrə məhkəmə proseslərindən danışıb

Tarix: 04 Feb 2026 16:13

"Hazırda iki məhkəmə prosesi davam edir. Ən pis hal odur ki, məhkəməyə cəlb edilənlər, əsasən, müxtəlif repetitorluq fəaliyyəti ilə məşğul olan şəxslərdir".

Bunu APA-nın sualına cavab olaraq DİM sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, onlar ictimaiyyət arasında şayiələr yayıblar, imtahanlar haqqında yalan sözlər yazaraq ayrı-seçkilik yaradıblar:

“İndi isə gördük ki, bu məsələnin əsli başqadır. Çox istərdik ki, bu insanlar təhsil sistemindən uzaqlaşsınlar. Biz bu prosesi izləyirik. İmtahanların nəticələri yoxlandıqdan sonra köçürmə varsa, nəticə ləğv olunur. Amma kənardan müdaxilə müəyyən edildikdə bunu hüquqi prosedura yönləndiririk. Hazırda bu prosesi izləyirik və mediadan da eşidirik. Belə insanlar üçün bu, yaxşı dərs olacaq”.

Gülcahan İmanqızı Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzi imtahan məhkəmə

Xəbər Lenti