FHN: Ötən il sənayedə texniki təhlükəsizlik üzrə vahid dövlət siyasəti davam etdirilib

Tarix: 10 Feb 2026 10:57

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Götürülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin 2025-ci il ərzində fəaliyyətinə dair mətbuat konfransı keçirilib.

APA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi 2025-ci il ərzində ölkə ərazisində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik üzrə vahid dövlət siyasətinin və tənzimlənməsinin səlahiyyətləri daxilində həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirib.

Belə ki, ötən il ərzində Agentlik tərəfindən 3561 təhlükə potensiallı obyektdə (müəssisədə) 37569 qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib və 6603 akt tərtib edilib. Aktlarda 14992 qayda pozuntusu qeydə alınıb və onların aradan qaldırılması ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, təhlükəli vəziyyətdə istismar olunan 144 qurğunun istismarına məhdudiyyət tətbiq edilib.

Eyni zamanda, təhlükə potensiallı obyektlərdə istismar olunan texniki qurğu və avadanlıqlar üzrə ümumilikdə 2696 hüquqi və fiziki şəxsə 14325 ədəd texniki təhlükəsizlik sertifikatı verilib. Texniki təhlükəsizlik tələblərinin icrası məqsədilə isə 5097 nəfər işçinin bilik səviyyəsi yoxlanılıb və həmin şəxslərə müvafiq təsdiqedici sənədlər təqdim edilib.

Qeyd edilib ki, edilən müraciətlərə uyğun olaraq, hüquqi və fiziki şəxslərə təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə Agentlik tərəfindən 1087 ədəd çıxarış, nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında isə 3405 ədəd şəhadətnamə verilib. Qeydiyyata alınmış ekspertiza rəylərinin ümumi sayı 5494 ədəd təşkil edib.

Hesabat dövründə Agentlik tərəfindən qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin istismarına icazə verilməsi sisteminə (portala) daxil olmuş müraciətlər əsasında 26192 obyektdə müayinə aparılıb. Bunlardan 25682 obyektin istismarına icazə ilə bağlı müsbət, 510 obyektin istismarına isə mənfi rəy bildirilib.

Bundan başqa, 1523 ədəd texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb, 2016 texnoloji və digər mexaniki nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilib, 248 ədəd nəqliyyat vasitəsi təkrar qeydiyyata alınıb, 292 ədəd nəqliyyat vasitəsi isə qeydiyyatdan çıxarılıb.

Eləcə də, 6637 nəfər işçi texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının və normalarının öyrənilməsi üzrə Agentlik tərəfindən təşkil edilmiş tədris kurslarında iştirak edib və onlara müvafiq şəhadətnamələr təqdim olunub. 195 ədəd qaldırıcı və qazma qurğularının təhlükəsiz üsulla sınaqları aparılıb. 2228 ədəd qurğu və avadanlığın, 43 ədəd qaynaq birləşmələrinin və 1326 metr manifold borusunun defektoskopiyası keçirilib, 143 ədəd qurğu və avadanlıq sınaq olunub, 295 ədəd avadanlığın isə daxili baxışı keçirilib.

Bildirilib ki, təhlükəli yükləri daşıyan avtonəqliyyat vasitələri üzrə 2269 texniki müayinə, 1202 yuma deqazasiya işləri aparılıb, 1643 ədəd texnoloji və digər mexaniki nəqliyyat vasitələrində isə texniki baxış həyata keçirilib.

Qeyd edilib ki, hesabat dövründə “ASAN Xidmət”ə hüquqi və fiziki şəxslər tərəfindən təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi üçün daxil olmuş müraciətlər əsasında 2257 sənəd təhvil verilib, 1300 sahibkarlıq subyektinə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2025-ci il tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması Qaydası”nın tələbləri izah edilib.

Həmçinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi respublika ərazisində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin səlahiyyətləri daxilində təmin olunması istiqamətində fəaliyyətini davam etdirdiyi diqqətə çatdırılıb.

Emin Şirvanzadə FHN Dövlət Agentliyi

Xəbər Lenti