Çərşənbə axşamı, 10 Ferval, 2026
Tarix: 10 Feb 2026 12:40
Elektron sübutların toplanması prosesi tam hüquqi çərçivəyə salınır, məhkəməyədək icraatın və məhkəmə icraatının elektron qaydada aparılması proseduru müəyyənləşir.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Firuzə Vahid Elektron sübutlar