Çərşənbə axşamı, 10 Ferval, 2026
Tarix: 10 Feb 2026 14:44
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a səfərə yola düşür.
APA “The Times of Israel”ə istinadən xəbər verir ki, Netanyahu ABŞ Prezidenti Donald Trampa İranla nüvə danışıqları barədə İsrailin prinsiplərini çatdıracağını deyib.
O səfərdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, bu prinsiplər sadəcə İsrail üçün yox, dünyadakı hər bir ölkə üçün vacibdir.
“Biz bir sıra məsələləri müzakirə edəcəyik. O cümlədən, Qəzza məsələsini”,- İsrailin Baş naziri bildirib.
Netanyahu əlavə edib ki, onun Trampla dəfələrlə baş tutan görüşləri İsrail-ABŞ arasında və onunla Tramp arasında şəxsi baxımdan unikal yaxınlığın göstəricisidir.
Toğrul Quluzadə İsrail Netanyahu ABŞ