Gəncədə güclü yağış fəsadlar törədib - FOTO

Tarix: 10 Feb 2026 16:03

Gəncəyə yağan güclü yağış fəsadlara səbəb olub.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarından yağan güclü yağış nəticəsində şəhərin Məhsəti qəsəbəsində bir neçə küçədən sel keçib. Qəsəbədə əsas küçələrindən birini sel basıb.

Bunda başqa, sel sulları qəsəbədə piyadaların və avtomobillərin hərəkətinə çətinliklər yaradıb.

Qəsəbə sakinləri APA-nın yerli bürosuna bildiriblər ki, küçəyə dolan sel sulların evlərə ziyan vurub. Sakinlər bununla bağlı adiyyəti qurumlara məlumat veriblər. Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

Fuad Nazimoğlu Gəncə güclü yağış fəsad

Xəbər Lenti