Azərbaycan əmtəəlik səmt qazı hasilatını 5%-dən çox artırıb

Tarix: 11 Feb 2026 12:47

Ötən il Azərbaycanın neft yataqlarından 15 416,22 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2,1% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazın 4 022,57 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 5,33% çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın neft yataqlarından 15 098,1 mln. kubmetr səmt qazı hasil edilib ki, bunun da 3 819 mln. kubametri əmtəəlik məhsul təşkil edib.

Emil İsmayılov Dövlət Statistika Komitəsi səmt qaz hasilat

Xəbər Lenti