Çərşənbə, 11 Ferval, 2026
Tarix: 11 Feb 2026 14:46
Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 303 mln. manat xərclənib.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə qeydə alınan göstərici 2025-ci ilin müvafiq dövrünün göstəricisini 5,6% üstələyib.
Xatırladaq ki, ötən il Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 3 856,3 mln. manat xərclənib, bu da illik müqayisədə 7,8% çoxdur.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Emil İsmayılov Dövlət Statistika Komitəsi avtomobil benzini dizel yanacağı