Çərşənbə, 11 Ferval, 2026
Tarix: 11 Feb 2026 17:32
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2026-2027-ci illər üçün “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.
"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 54,78 mln. barel olacağı ehtimal olunur (proqnoz dəyişməyib), bu 2025-ci ilin göstəricisi (54,15 mln. barel) ilə müqayisədə 0,63 mln. barel çoxdur.
Bununla yanaşı OPEC gələn il üçün “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb. Proqnoza əsasən, 2027-ci ildə qeyd olunan göstəricinin 55,39 mln. barel səviyyəsində olacağı gözlənilir (proqnoz dəyişməyib), bu da 2026-cı ilin proqnoz göstəricisi ilə müqayisədə 0,61 mln. barel çoxdur.
Qeyd edək ki, 2014-cü ildə “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 53,2 mln. barel olub, bu 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,36 mln. barel çoxdur.
Xatırladaq ki, 2023-cü ildə “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik maye karbohidrogenlərin hasilatı 51,84 mln. barel səviyyəsində olub.
Məlumat üçün deyək ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.
Emil İsmayılov OPEC OPEC+ neft hasilatı