Güclü qar səbəbindən Moskvanın hava limanlarında gecikmələr baş verib

Güclü qar səbəbindən Moskvanın hava limanlarında gecikmələr baş verib

Tarix: 13 Feb 2026 09:38

Moskvada güclü qar səbəbindən uçuşlarda gecikmələr yaranıb.

APA Rusiya mətbuatına istinadən xəbər verir ki, gecə yarısından etibarən Vnukovo hava limanında 21 təyyarə uça bilməyib, daha 10-u isə sərnişin qəbul edə bilməyib.

Şeremetyevo hava limanında 12 reysin yola düşməsi, 18 reysin isə enişi gecikdirilib. Domodedovo hava limanında 12 təyyarə uçuş üçün növbədə qalıb, daha 7-si isə enə bilməyib.

Qeyd edək ki, ötən gün axşamdan bəri paytaxt bölgəsini güclü qar yağışı bürüyüb. İntensiv yağıntıların bu gün də davam edəcəyi vurğulanıb.

gecikmə reys təyyarə Moskva qar

Mənbə: apa.az

Xəbər Lenti