Qızılın qiyməti yenidən 5 min dollara yaxınlaşıb

Tarix: 13 Feb 2026 09:32

Dünya əmtəə bazarlarında qızılın qiyməti yenidən 5 min dollara yaxınlaşıb.

“APA-Economics” xəbər verir ki, Comex birjasında qızılın unsiyası 0,96% və ya 47,4 dollar bahalaşaraq 4 995,8 dollar olub. Spot qızıl isə 1,12% və ya 55,11 dollar artaraq 4 977,3 dollar səviyyəsinə yüksəlib.

Eyni zamanda, Comex gümüşü 1,46% bahalaşaraq 76,81 dollar, mis 0,86% artaraq 583,5 dollar/funt təşkil edib. Spot platin də 1,70% yüksələrək 2 039,29 dollar səviyyəsinə çatıb.

Analitiklər bunu bazarlarda geosiyasi risklərin və inflyasiya gözləntilərinin artması fonunda investorların təhlükəsiz aktivlərə, xüsusilə qızıla marağının güclənməsi ilə izah edirlər.

Rahim Tarıverdiyev qızıl comex gümüş COMEX mis platin

Xəbər Lenti