Əmtəə bazarlarında neft cüzi ucuzlaşıb

Tarix: 13 Feb 2026 09:24

Qlobal əmtəə bazarlarında neftin qiymətində cüzi eniş müşahidə edilib.

“APA-Economics” xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı xam neftin mart fyuçersləri 0,08 dollar və ya 0,13% azalaraq 62,76 dollar/barel səviyyəsinə düşüb.

Londonun ICE birjasında Brent markalı neftin aprel fyuçersləri isə 0,05 dollar və ya 0,07% azalaraq 67,47 dollar/barel olub.

Analitiklər qiymətlərdəki bu cüzi azalmanı bazarlarda tələb gözləntiləri və qlobal iqtisadi risklərlə bağlı ehtiyatlı mövqenin güclənməsi ilə izah edirlər.

Rahim Tarıverdiyev neft birja Brent WTI

Xəbər Lenti