Cümə, 13 Ferval, 2026
Tarix: 13 Feb 2026 11:33
Azərbaycan Respublikasının dayanıqlı inkişaf gündəliyində enerjı səmərəliliyi əsas istiqamətlərdən biridir.
"APA-Economics" xəbər verir ki, ibunu Energetika Nazirliyinin Enerji səmərəliliyi şöbəsinin müdiri Cahid Mikayılov "Merlər Razılaşması - Şərq Tərəfdaşlığı" təşəbbüsü ilə bağlı Naxçıvanda keçirilən tədbirdə bildirib.
"Bu siyasətin real nəticələrə çevrilməsində yerli səviyyədə atılan addımların mühüm rol oynayır. Merlər Razılaşması Şərq Tərəfdaşlığı təşəbbüsü enerjı səmərəliliyi sahəsində bələdiyyələr üçün icra mexanizmləri təqdim edən mühüm platformadır. Energetika Nazirlıyi bu imkanlardan səmərəli istifadə olunması istiqamətində yerli özünüidarəetmə orqanlarını dəstəkləməyə davam edəcək" - Cahid Mikayılov qeyd edib.
Onun sözlərinə görə, bu təşəbbüsə qoşulmaq inzibati binalarının isitmə xərclərinin azaldılması, istilik izolyasiyasının gücləndirilməsi, sosial obyektlərin enerji sərfiyyatının optimallaşdırılması, LED işıqlandırma sistemlərinə keçid kimi bir çox enerji səmərəliliyi tədbirlərinə dəstək göstərə bilər.
Emil İsmayılov enerji səmərəlilik