“Trading Economics” Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib

Tarix: 13 Feb 2026 11:14

“Trading Economics” (TE) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.

"APA-Economics" xəbər verir ki, beynəlxalq iqtisadi statistika portalı 2026-cı ilin ilk rübündə Azərbaycanda iqtisadi artım proqnozunu 3,7%-dən 1,8% endirib, ikinci rüb üzrə proqnoz 3% olaraq saxlayıb, üçüncü rüb üzrə 3%-dən 2,6%-kimi azaldıb.

TE ilin sonuncu rübündə isə ölkə iqtisadiyyatının 2,4% artacağını müəyyən edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi bu ilin yanvar ayı üzrə ölkə iqtisadiyyatının 1,7% böyüdüyünü açıqlayıb.

Rahim Tarıverdiyev Trading Economics Azərbaycan iqtisadi artım ÜDM

Xəbər Lenti