Elektron ticarət sahəsində qeyri-rezidentlərin vergi uçotu yeni qaydada tənzimlənəcək

Tarix: 13 Feb 2026 12:17

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin vergi uçotu yeni qaydada tənzimlənəcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Bu dəyişikliklər vergi orqanında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən (elektron ticarəti həyata keçirən) qeyri-rezident şəxslərin ƏDV məqsədləri üçün vergi uçotuna alınması mexanizmini təkmilləşdirir və həmin əməliyyatlar üzrə vergi tutma məsələlərini əhatə edir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Şükran Məmmədov Elektron ticarət vergi uçotu

Xəbər Lenti