Şənbə, 14 Ferval, 2026
Tarix: 14 Feb 2026 08:56
Qlobal əmtəə bazarlarında neft bahalaşıb.
“APA-Economics” xəbər verir ki, Nymex birjasında WTI markalı xam neftin bu ilin mart müqaviləsi üzrə qiyməti 0,08% və ya 0,05 dollar artaraq 62,89 dollar/barel olub.
ICE birjasında isə Brent markalı xam neftin bu ilin aprel müqaviləsi 0,34% və ya 0,23 dollar bahalaşaraq 67,75 dollar/barel səviyyəsinə yüksəlib.
Analitiklər qiymətlərdəki artımı qlobal enerji bazarlarında tədarük gözləntiləri və tələb dinamikası ilə əlaqələndirirlər.
Rahim Tarıverdiyev