Kolumbiya ordsunun helikopteri qəzaya uğrayıb, ölənlər və yaralılar var

Tarix: 06 Feb 2024 03:46

Kolumbiya ordusuna məxsus Blək Hauk (Black Hawk - Qara qırğı) helikopteri qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə "Caracol" radiostansiyası məlumat yayıb.

Hadisə Panama ilə sərhəddə baş verib.

Şoko departamentində baş verən təyyarə qəzasında 7 nəfərdən 3-ü sağ qalıb və yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, Kolumbiya ordusunun hava-hücum aviasiya diviziyasının komandanı Luis Ospina həlak olan və yaralanan pilotların ailələrinə dəstək verilməsi barədə göstəriş verib.

Xəbər Lenti