Venesuellada 5,1 maqnitudalı zəlzələ olub

Tarix: 06 Feb 2024 07:05

Venesuelanın şimalındakı Sukre ştatında 5,1 maqnitudalı zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 40 min nəfər əhalisi olan Quiriya şəhərindən 12 km şimal-qərbdə yerləşib.

Zəlzələ ocağı yerin 10 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər Lenti