Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 06 Feb 2024 07:55
Tokio və ətrafdakı Sayama, Kanaqava və Çiba prefekturalarına yağan güclü qar nəticəsində 225 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Həmçinin, son 24 saat ərzində Yaponiyanın paytaxtı regionunda əlverişsiz hava şəraiti səbəbindən 170-dən çox yol qəzası qeydə alınıb, xəsarət alan olmayıb.
Tokioda avtomobil və dəmir yolunda hərəkət hələ də normallaşmayıb. Paytaxtın hava limanlarında ümumilikdə 27 reys təxirə salınıb.
Tokioda qar hündürlüyü 7, dağlıq ərazilərdə isə 40 santimetrə çatıb.