Qəzzada ölənlərin sayı 27 min 500-ü keçib

Tarix: 06 Feb 2024 13:12

İsrailin zərbələri nəticəsində ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin ümumi sayı 27585-ə çatıb.

APA xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağında 66978 fələstinli yaralanıb.

Son 24 saat ərzində İsrailin zərbələri nəticəsində 127 fələstinlinin öldüyü, 143 nəfərin yaralandığı qeyd olunub.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS-ın İsrailin cənubuna gözlənilməz hücumu nəticəsində 1200-dən çox israilli qətlə yetirilib, 240-dan çox israilli girov götürülüb. Bundan sonra İsrail hərbi qüvvələri HAMAS-a qarşı Qəzzada hərbi əməliyyata başlayıb.

Xəbər Lenti