Bazar ertəsi, 16 Ferval, 2026
Tarix: 16 Feb 2026 15:41
İnvestAz İnvestisiya Şirkətindən verilən məlumata əsasən fevral ayının ikinci həftəsi qlobal maliyyə bazarları üçün həm makroiqtisadi göstəricilərin, həm də geosiyasi risklərin təsiri altında formalaşan yüksək volatillik dövrü oldu. ABŞ, Avrozona, Almaniya və İngiltərədə açıqlanan iqtisadi məlumatlar monetar siyasət gözləntilərini yenidən formalaşdırarkən, ABŞ–İran münasibətlərində davam edən gərginlik riskdən qaçış davranışını gücləndirdi və əsas aktiv siniflərində nəzərəçarpacaq qiymət dalğalanmalarına səbəb oldu.
ABŞ: inflyasiya və monetar siyasət gözləntiləriİnvestAz Şirkətinin həftəlik xəbər təqviminə yer alan xəbərlərə görə ABŞ-da həftə ərzində açıqlanan inflyasiya və istehlak göstəriciləri qiymət təzyiqlərinin tədricən zəiflədiyini göstərdi. İnflyasiyanın əvvəlki aylara nisbətən daha sabit və nəzarət altında qalması Federal Ehtiyatlar Sisteminin sərt monetar siyasətinin son mərhələyə yaxınlaşdığı qənaətini gücləndirdi. Bununla belə, əmək bazarının hələ də nisbətən güclü qalması FED-in faiz endirimlərinə tələsməyəcəyinə dair siqnal verdi. Bu ikili fon dolların dünya bazarlarında dalğalı davranışına səbəb oldu.
Geosiyasi proseslər: ABŞ - İran gərginliyinin davamı09–14 fevral dövründə qlobal bazarlar üçün əsas geosiyasi risk ABŞ–İran münasibətlərində davam edən gərginlik oldu. Körfəz bölgəsində hərbi və siyasi ritorikanın sərtləşməsi enerji bazarlarında risk premiyasını yüksək saxladı. Bu vəziyyət investorların riskli aktivlərdən uzaqlaşmasına və təhlükəsiz aktivlərə yönəlməsinə səbəb oldu. ABŞ - İran xəttindəki gərginlik xüsusilə neft və qızıl bazarlarında həssas qiymət reaksiyaları yaratdı.
ABŞ dolları: dalğalı və qeyri-müəyyən dinamika
Dollar həftə ərzində ziddiyyətli davranış nümayiş etdirdi. ABŞ-da inflyasiyanın sabit qalması və faiz endirimi ehtimallarının müzakirə olunması dollar üçün zəiflədici faktor olsa da, geosiyasi risklərin artması dolların qısamüddətli təhlükəsiz liman rolunu gücləndirdi. Nəticədə, dollar indeksi kəskin trend formalaşdırmadan dalğalı hərəkət etdi.
Avrozona və Almaniya: zəif artım siqnallarıİnvestAz analitiklərinin fikrincə Avrozonada və xüsusilə Almaniyada açıqlanan sənaye və biznes aktivliyi göstəriciləri iqtisadi bərpanın hələ də zəif olduğunu göstərdi. İstehsal sektorunda davam edən zəiflik və aşağı inflyasiya təzyiqləri Avropa Mərkəzi Bankının yumşaq monetar siyasətini davam etdirəcəyi gözləntilərini gücləndirdi. Bu fonda avro məhdud diapazonda ticarət olundu və Avropa fond bazarlarında ehtiyatlı mövqe üstünlük təşkil etdi.
İngiltərə: kövrək iqtisadi dinamikaİngiltərədə açıqlanan iqtisadi məlumatlar artımın zəif və qeyri-sabit olduğunu təsdiqlədi. İstehlak və investisiya aktivliyində məhdud bərpa “Bank of England”-in faiz siyasətində ehtiyatlı mövqeyini qoruyacağına dair ehtimalları gücləndirdi. Bu vəziyyət funt sterlinqin dalğalı ticarətinə səbəb oldu.
Qızıl: təhlükəsiz liman tələbinin güclənməsiABŞ - İran gərginliyi fonunda qızıl bazarında alıcı marağı artdı. Fevralın ikinci həftəsində qızıl qiymətləri əvvəlki korreksiyadan sonra yenidən möhkəmlənmə tendensiyası göstərdi. Geosiyasi risklər, dolların oynaq davranışı və qlobal iqtisadi qeyri-müəyyənlik qızılı investorlar üçün əsas qoruyucu aktiv kimi ön plana çıxardı.
Neft: geosiyasi risk premiyası ilə dəstəklənmiş dalğalanmaNeft bazarlarında ABŞ - İran gərginliyi qiymətlər üçün əsas dəstək amili olaraq qaldı. Körfəz regionunda mümkün təchizat riskləri “Brent” və “WTI” qiymətlərində risk payıını saxladı. Bununla yanaşı, qlobal tələbin zəif artımı və bazar balansı kəskin yüksəlişi məhdudlaşdırdı. Nəticədə, neft qiymətləri risklə dəstəklənən, lakin dalğalı dinamika nümayiş etdirdi.
Kriptovalyuta bazarları: risk aktivlərinə təzyiqKriptovalyuta bazarları bu dövrdə qlobal risk mühitinə həssas reaksiya verdi. Geosiyasi gərginlik və investorların riskdən qaçış davranışı kriptovalyutalarda oynaq və zəif meylli ticarətə səbəb oldu. Yanvarın sonundakı kəskin çöküşdən sonra bazar qismən sabitləşməyə çalışsa da, investor inamının tam bərpa olunmaması qiymətlərin volatilliyini yüksək saxladı.
Cari həftə ərzində İnvestAz şirkətinin xəbər təqvimində yer alacaq əsas xəbərlərə gəldikdə isə, diqqətlər Yaxın Şərqdə geosiyasi proseslərin inkişaf dinamikasına, ABŞ-da açıqlanacaq Şəxsi Xərclər İndeksi kimi inflyasiya göstəricilərinə, Federal Ehtiyyatlar Sistemi Federal Açıq Bazar Komitəsinin son toplantısının dərc olunacaq protokollarına, eləcə də Avrozonada Almaniyada, İngiltərədə və Amerikada yayımlanacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi və Kompozit Biznes Aktivliyi İndeksi məlumatlarına yönələcək.
Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqardın çıxışı, Yeni Zellandiya Federal Ehtiyyatlar Sisteminin faiz qərarı, Almaniyada, Yaponiyada Kanadada və İngiltərədə açıqlanacaq istehlak və istehsalda infilyasiya (CPİ, PPİ), göstəriciləri, həmçinin Böyük Britaniyada və Avstraliyada dərc olunacaq əmək bazarı hesabatları investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir.
EUR
Ötən həftəyə 1.18110 səviyyəsində başlayan EURUSD məzənnəsi 1.19290 səviyyəsinə qədər bahalaşdı. Lakin, həftənin sonuna doğru dolların bahalaşması ilə məzənnə eniş tendensiyası sərgilədi və həftəni 1.18740 səviyyəsində tamamladı.
Hazırda 1.18830 hədlərində ticarət olunan cütlükdə “buğalar” qiyməti 1.19300 həddin üzərinə qaldırsa və orada qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Keçən həftyə 1.35910 həddində başlayıb, 1.37110 hədlərinə kimi bahalaşan GBPUSD məzənnəsi daha sonra bir qədər gerilədi və həftəni 1.36550 səviyyəsində tamamladı. Hazırda, 1.36360 hədlərində ticarət olunan cütlüyün qiyməti 1.34200 həddin üzərində möhkəmlənə bilsə artım tendensiyası davam edə bilər.
XAUUSD
Həftənin ilk günlərində satış təzyiqi ilə üzləşən qızıl və gümüşün qiymətləri zəiflədi. Ötən həftəyə 4989$-dan başlayan qızıl 4878$-a qədər ucuzlaşdı. Lakin, daha sonra bahalaşan sarı metal həftəni 5032$-da tamamladı. Yeni həftəyə enişlə başlayan qızıl hazırda 4983$-dan təklif edilir.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin
Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
___________________________________________________________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
APA-Economics InvestAZ dünya maliyyə bazarları analiz maliyyə