Azərbaycanın neft məsullarının ixracından gəlirləri kəskin artıb

Tarix: 16 Feb 2026 15:40

Bu ilin yanvar ayında Azərbaycan 32 207,98 min ABŞ dolları dəyərində 44 723,93 neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 68,3%, həcmi isə 7,4%-ə yaxın çox olub.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Emil İsmayılov Dövlət Gömrük Komitəsi neft məhsulları

Xəbər Lenti