Bazar ertəsi, 16 Ferval, 2026
Tarix: 16 Feb 2026 15:04
Bu ilin yanvar ayında Azərbaycan İtaliyaya 861 652,23 min ABŞ dolları dəyərində 1 847 915,54 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə Rumıniya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 93 673,99 min dollar dəyərində 197 053,85 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda (həcm və dəyərinə görə) üçüncü yerə Portuqaliya tutur. Yanvar ayında bu ölkəyə 44 337 min dollar 93 590,26 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 11 ölkəyə 1 238 082,05 min dollarlıq 2 642 930,94 445,56 ton neft ixrac edib.
"APA-Economics" Azərbaycanın bu ilin yanvar ayında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin dəyərinə və həcminə görə) təqdim edir:
№
Ölkələr
Məbləğ, min $
Miqdar (ton)
-
Cəmi
1 238 082.05
2 642 930.94
1
İtaliya
861 652.23
1 847 915.54
2
Rumıniya
93 673.99
197 053.85
3
Portuqaliya
44 337.00
93 590.26
4
Almaniya
43 249.21
91 294.06
5
Xorvatiya
40 819.95
86 166.17
6
Çexiya
38 454.49
82 403.50
7
Bolqarıstan
37 415.05
78 494.85
8
Tunis
29 498.76
61 269.98
9
Türkiyə
19 543.44
41 761.71
10
İndoneziya
17 866.20
38 554.41
11
Yunanıstan
11 571.75
24 426.62
Emil İsmayılov Dövlət Gömrük Komitəsi neftin ixracı İtaliya