Ağdam şəhər 1 nömrəli məktəbdə tədrisə başlanılıb

Tarix: 16 Feb 2026 17:29

Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədrisə başlanılıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli tədrisin ilk günündə məktəbdə olub, dərs prosesini izləyib.

İdarə müdiri sinif otaqlarında aparılan dərslərlə tanış olub, müəllim və şagirdlərlə söhbət apararaq onların tədris prosesi ilə bağlı fikir və təkliflərini dinləyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib. Məktəb binası işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində inşa olunub. Təhsil müəssisəsində 43 sinif otağı, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM mərkəzi, müasir texnoloji avadanlıqlarla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana və muzey fəaliyyət göstərir.

Bununla yanaşı, məktəbdə 352 yerlik yeməkxana, 468 yerlik akt zalı, iki qapalı idman zalı, həmçinin açıq havada futbol və basketbol meydançaları müəllim və şagirdlərin istifadəsinə verilib.

Elgün Gəncimsoy Qarabağ Ağdam 1 nömrəli məktəb tədris

Xəbər Lenti