Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 06 Feb 2024 18:17
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Niderlanda səfər edəcək.
APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, XİN rəhbəri Mirzoyanın bu gündən Niderlanda işgüzar səfəri başlayır. Fevralın 9-dək davam edəcək səfər çərçivəsində Ararat Mirzoyanın Niderlandın icra və qanunverici orqanlarının rəsmiləri və Beynəlxalq Cinayət Məhkəməsinin rəsmiləri ilə görüşləri nəzərdə tutulub.