Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 06 Feb 2024 18:17
Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkilləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, rəsmi Moskva diplomatlardan bu ölkələrdə Rusiya prezident seçkilərində səsvermənin təhlükəsizliyini təmin etməyi tələb edib.
Zaxarova əlavə edib ki, Baltikyanı ölkələrin Rusiya prezident seçkiləri ilə bağlı öhdəliklərinə təxribat törədəcəyi təqdirdə, Rusiya ikitərəfli səviyyədə qətiyyətlə hərəkət edəcək.