Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 06 Feb 2024 18:14
Fələstin HAMAS hərəkatının hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları”nın döyüşçüləri İsrail Ordusunun “Apache” helikopterini raketlə vurmağa müvəffəq olduqlarını iddia ediblər.
APA xəbər verir ki, bu barədə qruplaşmanın Telegram kanalında məlumat yayımlanıb.
Qruplaşma hadisənin Qəzza şəhərinin qərbində baş verdiyini açıqlayıb.
Xatırladaq ki, İsrail ordusu Qəzza sektorunda döyüş əməliyyatlarında “Apache” helikopterlərindən fəal istifadə edir.