Suriya ilə energetika sahəsində əməkdaşlıq müzakirə edilib

Tarix: 17 Feb 2026 12:43

Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə edilib.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov "X" hesabında bildirib.

“Bu gün Suriya Ərəb Respublikasının Elektrik Enerjisinin Ötürülməsi və Paylanması üzrə Dövlət Müəssisəsinin baş direktoru Xalid Əbu Di ilə faydalı bir görüş keçirməkdən məmnun oldum", - diplomat qeyd edib.

Görüşdə mümkün əməkdaşlıq yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Firuzə Vahid Azərbaycan Suriya energetika

Xəbər Lenti