Teleaparıcı Karlson: Putinlə müsahibəyə hazırlıq aylarla aparılıb

Tarix: 07 Feb 2024 01:44

“Fox News”un keçmiş aparıcısı Taker Karlson Moskvada prezident Vladimir Putinlə görüşəcəyini və ondan müsahibə alacağını təsdiqləyib.

APA-nın məlumatına görə, bu barədə jurnalist X sosial şəbəkəsində məlumat verib.

“Bu gün biz Moskvadayıq, Rusiya prezidenti Vladimir Putindən müsahibə götürmək üçün buradayıq”, – Karlson videomüraciətində deyib.

O, "tezliklə bunu edəcəyini" qeyd etdi. Keçmiş “Fox News” aparıcısının sözlərinə görə, belə müsahibələrin aparılmasında həmişə risklər var, ona görə də qərar bir neçə ay ərzində qəbul edilib.

Xəbər Lenti