Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 07 Feb 2024 03:10
Kanada HƏMAS-ın 11 liderinə 2023-cü ilin oktyabrında İsrailə qarşı hücumda iştirak etdiklərinə görə sanksiya tətbiq edib.
APA bu barədə Kanada Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Nazirlik bildirib ki, sanksiyalar HƏMAS-ın İsrailə qarşı növbəti terror aktları üçün maliyyə toplamaq imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.