Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 07 Feb 2024 06:48
Litvada yerli sakin sahildə rus hidrolokatoru aşkar edib. Qurğunun məqsədi kəşfiyyat məlumatlarını toplamaqdır.
APA xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Dəniz mütəxəssisləri cihazın kəşfiyyat məlumatlarının toplanması, aşkarlanması və sualtı qayıqların yerləşdirilməsi üçün istifadə edilən Rusiya tipli hidroakustik lokatoru olduğunu müəyyən ediblər”, - deyə Müdafiə Nazirliyi bildirib.
Hidrolokator böyük sualtı obyektlərin (sualtı qayıqların) hərəkətini və keçidini aşkar etmək üçün sensorlardan istifadə edir.