Çərşənbə, 18 Ferval, 2026
Tarix: 18 Feb 2026 12:14
“Yapı Kredi Bank Azərbaycan” QSC hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edib.
Tenderdə iştirak etmək istəyən şirkətlərin aşağıdakı tələblərə cavab verməsi və qeyd olunan sənədləri qapalı zərfdə Bankın Baş ofisinin Satınalma şöbəsinə (Ünvan: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 73G) təqdim etmələri xahiş olunur:
1. Xidmət fəaliyyəti üzrə minimum 3 illik təcrübənin olması;
2. Əsasən maliyyə təşkilatları ilə əməkdaşlıq təcrübəsinin olması;
3. Qanunvericiliyə uyğun olaraq məhkəmə qərarları üzrə müəyyən edilmiş borcların tələbkara qaytarılması və rayon icra şöbələri ilə icra tədbirlərinin həyata keçirilməsi (collection fəaliyyəti) üzrə təcrübənin olması;
4. Şirkət əməkdaşları arasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olan ən azı 1 vəkilin olması;
5. Hüquqi şəxsin Dövlət Reyestrindən çıxarışın təqdim edilməsi.
Sənədlərin təqdim olunması üçün son tarix: 27 fevral 2026-cı il.
APA-Economics