Çərşənbə, 18 Ferval, 2026
Tarix: 18 Feb 2026 13:08
Statistikaya əsasən, Gürcüstanda 164 ölkənin 107 307 vətəndaşına yaşayış icazəsi verilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə miqrasiya məsələləri mövzusunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, həmin şəxslər arasında Azərbaycan vətəndaşları 6,3% ilə üçüncü yeri tutur.
"Azərbaycan vətəndaşlarının böyük əksəriyyətinin vaxtilə Gürcüstanı tərk etmiş, hazırda Azərbaycan vətəndaşlığına malik olan və Gürcüstana qayıdanların olduğunu güman etmək olar", - Kobaxidze əlavə edib.
Baş nazir Gürcüstanda ən çox yaşayış icazəsi əldə etmiş əcnəbilərin Rusiya (32 129 nəfər) və Hindistan (23 930 nəfər) vətəndaşlarının olduğunu qeyd edib. "Gürcütanda 3 minə yaxın Azərbaycan vətəndaşı əmək miqrantı kimi qeydiyyata alınıb ", - o vurğulayıb.
Cəmilə Babayeva Gürcüstan yaşayış izni əcnəbilər Azərbaycan vətəndaşları