Çərşənbə, 18 Ferval, 2026
Tarix: 18 Feb 2026 16:20
2025-ci ildə Azərbaycanda ümumi sahəsi 4 milyon 629.5 min kvadrat metr olan 35390 ədəd yaşayış evi tikilib istifadəyə verilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 75.6% və ya 15241 ədəd artıb. Belə ki, 2024-cü ildə ölkədə ümumi sahəsi 2 milyon 361.6 min kvadrat metr olan 20149 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.
Qeyd edək ki, hesabat dövründə tikilib istifadəyə verilmiş fərdi yaşayış və bağ evlərinin sayı 25350 ədəd ( illik müqayisədə 2.2 dəfə çox), bina evlərinin sayı isə 10040 ədəd ( illik müqayisədə 16.4% çox) təşkil edib.
Xatırladaq ki, ötən il 2684 yerlik 5 ümumi təhsil müəssisəsi tikilib istifadəyə verilib.
Şükran Məmmədov Tikilib istifadəyə verilən evlərin sayı Bina evləri Azərbaycanda evlərin sayı