Pirşağının bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Tarix: 19 Feb 2026 08:44

Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, fevralın 19-da Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq “Pirşağı" yarımstansiyasından çıxan 580.1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Təmir, yenidənqurma və güc artımı işləri tamamlandıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Emil İsmayılov elektrik enerjisi işıq

Xəbər Lenti