Cümə axşamı, 5 Mart, 2026
Tarix: 19 Feb 2026 09:09
Bu gün Masallının bəzi ərazilərində elektrik enerjisi olmayacaq.
"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, fevralın 19-da Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq "Bambaşı" yarımstansiyasından çıxan 10 kV-luq 8 saylı hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək rayonun Alaşa, Yeyənkənd, Yolağac, Zuvand kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Məlumata görə, təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Emil İsmayılov elektrik enerjisi işıq