Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 08 Feb 2024 04:15
ABŞ-nin Kaliforniya ştatında beş dəniz piyadasının olduğu helikopter radarlardan itib.
APA xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Bildirilib ki, "CH-53E Super Stallion" tipli helikopter Las-Veqas yaxınlığındakı bazadan havaya qalxıb.
Göyərtəsində 5 dəniz piyadasının olduğu helikopterin sonuncu dəfə San-Dieqo şəhər mərkəzindən təxminən 56 kilometr şərqdə yerləşən dağlıq bölgə olan Pine Valleydə göründüyü bildirildi.