Cümə, 20 Ferval, 2026
Tarix: 20 Feb 2026 12:52
27-28 fevral 2026-cı il tarixində Milli Elmlər Akademiyasının İstiqlaliyyət küçəsindəki Böyük Akt Zalında “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Bu barədə APA-ya AMEA-dan məlumat verilib.
“Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransda Azərbaycandan başqa, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdən gələcək tanınmış elm adamlarının məruzələri dinləniləcək.
Beynəlxalq elmi konfransın iştirakçılarının Xəzər Universitetində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş simpoziumda da iştirak və çıxış etmələri nəzərdə tutulur.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş konfransın iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin I Fəxri Xiyabandakı məzarını ziyarət edəcəklər.
Qeyd edək ki, Prezident İlham Əliyev “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında”kı ötən il oktyabrın 22-də Sərəncam imzalayıb.
Gülcahan İmanqızı Birinci Türkoloji Qurultay AMEA konfrans