Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 09 Feb 2024 02:35
Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında yerləşdirdiyi videoda Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Komandanı Aleksandr Sırskiyə qoyulan tələblərdən danışıb.
APA-nın məlumatına görə, Zelenski bildirib ki, hazırda ölkənin müdafiə qüvvələrinin sayı bir milyona yaxındır.
“Bu gün onların əksəriyyəti cəbhə xəttində faktiki olaraq bir azlığın döyüşdüyü kimi cəbhəni hiss etməyib”, - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, bu o deməkdir ki, səfərbərliyə, hərbi rotasiyaya və cəbhənin idarə olunmasına fərqli yanaşma lazımdır.