ABŞ ordusu husilərə məxsus 4 PUA və 7 raketi vurub

Tarix: 09 Feb 2024 08:09

ABŞ ordusu Yəməndə Ənsar Allah hərəkatının husi üsyançılarının yerüstü pilotsuz təyyarələrini və gəmi əleyhinə raketlərini hədəfə alıb.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb

“Fevralın 8-də Səna vaxtı ilə saat 05:00-dan 21:00-a qədər CENTCOM qüvvələri özünümüdafiə məqsədi Qırmızı dənizdə Husilərə aid 4 PUA və 7 raketi vurub”, - komandanlığın X sosial şəbəkəsində dərc etdiyi məlumatda deyilir.

Qeyd olunur ki, hədəflər Yəməndə husilərin nəzarətində olan ərazidə aşkarlanıb.

Xəbər Lenti