Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 09 Feb 2024 07:36
ABŞ prezidenti məxfi sənədlərin düzgün saxlanmaması ilə bağlı aparılan araşdırmadan sonra cinayət məsuliyyətinə cəlb edilmir.
APA-nın məlumatına görə, bu barədə Nümayəndələr Palatasının Hüquq Komitəsində bildirilib.
"Xüsusi prokuror Baydenə qarşı heç bir cinayət ittihamı irəli sürülməməyi tövsiyə etdi" – deyə qeyd olunub.
Həmçinin qeyd olunur ki, xüsusi prokuror ABŞ liderinin sadə vətəndaş olduğu müddətdə qadağan olunmuş materialları saxladığını aşkar edib.