Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 09 Feb 2024 13:15
Qazaxıstanlılara koronavirus infeksiyası və qızılcadan qorunmaq üçün yenidən maska taxmaq tövsiyə olunur.
APA Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Dövlət Sanitar Həkimi Ayjan Esmaqambetovanın göstərişində deyilir.
Qərarda hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyi qeyd olunur.
Əhməd Əkbərov