Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi

Tarix: 24 Nov 2023 14:28

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “Qafqazinfo”ya verilən məlumata görə, buna səbəb artan sərnişin tələbatının nəzərə alınmasıdır.

Bildirilib ki, noyabrın 25-də saat 07:50-də Bakıdan yola düşən qatar saat 12:51-də Ağstafaya çatacaq.

Noyabrın 26-da saat 16:30-da Ağstafadan yola düşən qatar saat 21:35-də Bakıya çatacaq.

Xəbər Lenti